Modern.az

50 nəfəri gün vurub, 19-u xəstəxanalara yerləşdirilib

50 nəfəri gün vurub, 19-u xəstəxanalara yerləşdirilib

Aktual

24 İyul 2017, 13:39

İyunun 1-dən indiyədək günvurma ilə bağlı Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 50 nəfər müraciət edib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov məlumat verib.


Nazirlik rəsmisi qeyd edib ki, müraciət edənlərdən 19 nəfəri xəstəxanalara yerləşdirilib:

 

“Həmin şəxslərə bütün zəruri təcili yardım göstərilib. Xəstələr ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb”.

C.Xəlilov günvuran şəxslər arasında ölüm halının qeydə alınmadığını bildirib.

 

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə