Modern.az

Çimərlik mövsümü başlayandan 105 nəfər xilas edilib - RƏSMİ  

Çimərlik mövsümü başlayandan 105 nəfər xilas edilib - RƏSMİ   

Aktual

24 İyul 2017, 14:47

İyulun 24-nə qədər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları suda boğulma təhlükəsilə üzləşən 105 nəfəri xilas edib.

Bu barədə Modern.az-a FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənov məlumat verib.

O qeyd edib ki, onlardan 78 nəfəri Xidmətin nəzarətində olan çimərliklərdə xilas edilib:

“Onlardan 65 nəfəri dənizdə, 8-i su anbarında, 2 nəfəri çayda xilas olunub”.

Qeyri-çimərlik ərazilərində ümumilikdə 28 nəfər suda boğulmaq təhlükəsilə üzləşib:

“Onlardan da 6 nəfər dənizdə, 1 nəfər çayda, 1nəfər su anbarında xilas edilib”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?