Modern.az

Bölgələrdə torpaq bazarı... - Qiymətlər necədir?  

Bölgələrdə torpaq bazarı... - Qiymətlər necədir?   

24 İyul 2017, 16:11

Əvvəlki illərlə müqayisədə torpaq bazarında süstlük müşahidə olunur.

Bu barədə Modern.az-a “MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov məlumat verib.

N.İbrahimov bildirib ki, vətəndaşların əksəriyyəti şəxsi ev tikmir, buna görə də bazardakı qiymətlərdə dəyişiklik yoxdur:

 

“Bakıda torpağın sotu təxminən  4-5 min, bir az kənar qəsəbələrdə 1000-1500 manatadır”.

 

Ekspert bölgələrdə də vəziyyətin təxminən eyni olduğunu vurğulayıb:

 

“Bölgələrdə rayon mərkəzlərində torpağın 1 sotu 3min-8 min-10 min manat arasında dəyişir. Rayon mərkəzlərində torpağın bir sotu 5-10 min manat, nisbətən ucqar yerlərdə 3-6 min manat arasındadır. Kənd yerlərində isə sotu 500 manatdan 3 min manata qədər qiymətə torpaq almaq olar”.

 

N.İbrahimovun sözlərinə görə, Bakı kəndlərilə ilə müqayisədə rayon kəndlərindəki evlərin qiyməti təxminən üst-üstə düşür:

 

“Qiymətlər 30-60 min manat arasında dəyişir”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir