Modern.az

Azərbaycanda xəstəxana yandı - Bütün işçilər təxliyə olundu  

Azərbaycanda xəstəxana yandı - Bütün işçilər təxliyə olundu   

Aktual

27 İyul 2017, 14:55

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib.

Bu barədə Modern.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat verib.

O qeyd edib ki, xəstəxananın bütün işçiləri təxliyə edilib:

“İlkin məlumata görə xəsarət alan olmayıb. Bizdə olan məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Bu dəqiqələrdə yanğın söndürülüb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə