Modern.az

İndoneziyada ZƏLZƏLƏ - 5,8 bal gücündə

İndoneziyada ZƏLZƏLƏ - 5,8 bal gücündə

Aktual

27 İyul 2017, 18:59

İndoneziya sahillərində zəlzələ baş verib.

ABŞ Geoloji Xidməti təkanların 5,8 bal gücündə olduğu barədə xəbər yayıb.

Yeraltı təkanlar gündüz saatlarında qeydə alınıb.

Zəlzələnin episentrinin Buru adasında Leksula yaşayış məntəqəsindən 56 km məsafədə və 14.9 km dərinlikdə olduğu bildirilib.

Təlafat və dağıntılar barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə