Modern.az

Hansı MDB ölkələrində ikili vətəndaşlığa icazə verilir?

Hansı MDB ölkələrində ikili vətəndaşlığa icazə verilir?

23 Avqust 2017, 13:13

Sərhədlərin tədricən itdiyi qloballaşan dünyada ikili vətəndaşlıq məsələsi hələ də mübahisə doğuran amil sayılır. Bəzi ölkələr ikili vətəndaşlığa müsbət, digərləri isə mənfi yanaşırlar. Modern.az keçmiş Sovet respublikalarında ikiili vətəndaşlıqla bağlı kiçik araşdırma aparıb.

 

Gürcüstan qanunları ikili vətəndaşlığı qəbul etmir. Ölkə qanunları Gürcüstan vətəndaşı olan şəxsin 2-ci ölkənin vətəndaşı ola bilməyəcəyini qeyd edir. Amma 2017-ci ilin mayında ölkə parlamenti ikili vətəndaşlığa icazə verən yeni qanun layihəsi hazırlayıb. Payız sessiyasında qəbul olunması gözlənilən qanun Gürcüstanda ikili vətəndaşlığa rəsmi icazə verəcək.

 

Ermənistana gəlincə, bu ölkədə ikili vətəndaşlıq haqqında qanun 2007-ci ildə qəbul olunub. Robert Koçaryanın təkidi ilə qəbul olunan ikili vətəndaşlıq haqqında qanun dünyanın müxtəlif ölkələrində yaşayan erməni diasporunun üzvlərinə vətəndaşı olduğu ölkənin pasportunu saxlamaq şərti ilə Ermənistan vətəndaşı olmağa da imkan verir. Belə şəxslər Ermənistanda seçkilərdə iştirak edə bilər, həmçinin Ermənistan ordusunda 2 il hərbi xidmətdə olmalıdır.

 

Azərbaycanda ikili vətəndaşlıq insitutu yoxdur. Azərbaycan vətəndaşı olan şəxs başqa ölkənin vətəndaşı ola bilməz və belə faktı gizlədərsə, cərimə olunur. Bundan başqa, başqa ölkənin asportunu daşıyan, başqa ölkənin silahlı qüvvələrində xidmət keçən, ölkənin milli təhlükəsizliyinə təhlükə törədən şəxslər Azərvbaycan vətəndaşlığından məhrum olunur.

 

 Rusiya – Rusiya qanunları ikili vətəndaşlığa rəsmi icazə verməsə də, ölkə pasportu ilə yanaşı digər ölkənin vətəndaş olan şəxslərin mövcudluğuna göz yumur. Rəsmi olaraq yalnız Türkmənistan və Tacikistanın Rusiya ilə ikili vətəndaşlığın tanınması barədə dövlətlərarası müqaviləsi mövcuddur.

 

Ukrayna da ikili vətəndaşlıq anlayışını qəbul etmir. Bu ölkənin vətəndaşları başqa xarici ölkənin vətəndaşlığını qəbul etsələr belə Prezident Yanında Vətəndaşlıq Haqda Komissiyanın xüsusi qərarı ilə Ukrayna vətəndaşlığını itirir. Başqa ölkənin vətəndaşı Ukrayna pasportunu alırsa, o, digər ölkənin vətəndaşlığından imtina etməsi ilə bağlı bəyannaməyə imza atmalıdır.

 

Qazaxıstan Konstitusiyası ölkə vətəndaşlarının yalnız bir ölkənin pasportunu daşıdığını qəbul edir. Buna görə də başqa ölkənin vətəndaşlığını qəbul edən şəxs avtomatik olaraq Qazaxıstan vətəndaşlığını itirir. İkinci ölkə vətəndaşlığını gizlədən şəxs isə qanuna görə cərimə olunur və ölkədən deportasiya edilir.

 

 Keçmiş Sovet İttifaqının tərkib hissəsi olmuş Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Moldovada ikili vətəndaşlıqla bağlı qaunuvericilikdə müddəalar yoxdur. Bu ölkələr də ikili vətəndaşlığı qəbul etmir.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi