Modern.az

İranda naməlum şəxs insanlara hücum edib: 1 ölü, 2 yaralı

İranda naməlum şəxs insanlara hücum edib: 1 ölü, 2 yaralı

Dünya

29 Avqust 2017, 21:13

İranda naməlum şəxs insanlara hücum edib. Modern.az "Trend"ə istinadən xəbər verir ki, hadisə paytaxt Tehranda baş verib. Həmin .əxs avtobus dayanacaqlarından birində bıçaqla insanlara hücum edib. Hadisədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İranın Fövqəladə Hallar Agentliyinin rəhbəri Həsən Abbasinin sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb. Hadisənin səbəbləri hələlik məlum deyil.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə