Modern.az

Rusiyanın Vaşinqtondakı ticarət nümayəndəliyində axtarış aparılıb

Rusiyanın Vaşinqtondakı ticarət nümayəndəliyində axtarış aparılıb

Dünya

2 Sentyabr 2017, 22:56

Rusiyanın Vaşinqtondakı ticarət nümayəndəliyində axtarış başlayıb. Modern.az "RİA Novosti”yə istinadən xəbər verir ki, daha öncə Rusiya XİN ölkənin ABŞ-dakı diplomatik nümayəndəliklərində Amerika hökumətinin planlaşdırdığı axtarışları aqressiv aksiya adlandırıb. Eyni zamanda, bu gün ABŞ-ın Rusiyadakı səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edilib.

Qeyd edək ki, avqustun 31-də ABŞ Rusiyanın San-Fransiskodakı Baş konsulluğunu, həmçinin Vaşinqtonda və Nyu-Yorkda ticarət nümayəndəiklərini sentyabrın 2-dən bağlamağı tələb edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə