Suriyanın hökumət qoşunları İŞİD terror qruplaşmasının daha bir düşərgəsini mühasirəyə alıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD-in Akerbat qəsəbəsindəki qalası mühasirəyə alınıb.
Məlumata görə, terrorçularla döyüşlər Akerbatdan 3 kilometr məsafədə gedir. Öz növbəsində "Federal xəbər agentliyi" də bildirib ki, hökumət qoşunlarının xüsusi bölməsi Akerbatı terror qruplaşmasının döyüşçülərindən azad edib. İtkilər və yaralananlar barəsində məlumat verilmir.
Modern.az