Modern.az

Myanma hökumətindən BMT-nin müsəlmanlar üçün yardımlarına qadağa

Myanma hökumətindən BMT-nin müsəlmanlar üçün yardımlarına qadağa

Dünya

4 Sentyabr 2017, 19:51

Myanma hökuməti Birləşmiş Millətlər Təşkilatının gördərdiyi yardıma qadağa qoyub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, humanitar yardım ölkənin Rakxayn (Arakan) ştatındakı mindən çox müsəlmana göndərilibmiş.

Məlumata görə, humanitar yardımların qadağan edilməsi səbəbi açıqlanmayıb: "BMT-nin ofisi yerli əhalini humanitar yardımlarla təmin etmək üçün sözügedən vilayətlə daim əlaqədədir. YUNİSEF əməkdaşları və BMT fondu ştatın şimalında yerli əhali ilə bir həftədən çoxdur ki, iş apara bilmir. Ölkə rəhbərliyi beynəlxalq humanitar yardım qurumlarının nümayəndələrinə viza verməkdən də imtina edib".

 

Qeyd edək ki, bir neçə gündür ki, ordu qüvvələri və buddist rahiblər sözügedən bölgədə yaşayan müsəlman əhaliyə qarşı soyqırım siyasəti yürüdür.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə