Səudiyyə şahzadəsi Çeçenistana gəlib. Modern.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov öz Instagram səhifəsində yazıb.
Ramzan Kadırov bildirib ki, Səudiyyə Ərəbistanının şahzadəsi əl-Valid Bin Talyal Əbdüləziz əl-Səudlə respublikanın və krallığın iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər: "Səudiyyə Ərəbistanının şahzadəsi əl-Valid Bin Talyal Əbdüləziz əl-Səud mənim qonağım oldu. Bizim əvvəlki görüşümüzün gedişatında o mənə söz vermişdi ki, Çeçenistan Respublikasına baş çəkəcək və öz sözünün üstündə durdu... Biz Səudiyyə Ərəbistanının və Çeçen Respublikasının iqtisadi əməkdaşlığı məsələlərini müzakirə etdik. Şahzadə humanitar və investisiya əməkdaşlığında iştirak etməyə hazır olduğunu bildirdi".
Ramzan Kadırov bildirib ki, Çeçen Respublikası ilə Səudiyyə Ərəbistanı arasında ən isti və dost münasibətləri yaranıb və indiki səfər, respublika başçısının fikrincə, onunla varis şahzadə Məhəmməd bin Salman tərəfindən əsası qoyulan dostluq münasibətlərinin davamıdır.
Modern.az