Modern.az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi büdcəsindən razıdır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi büdcəsindən razıdır

17 Noyabr 2009, 14:21

 “2010-cu ilini dövlət büdcəsindən ayrılan vəsait bizə kifayət edir. Komitəyə öz proqnozumuza uyğun büdcə ayrılıb”. Bu sözləri Modern.az saytına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. Onun sözlərinə görə, əsas məsələ vəsaitin deyil, işin çox görülməsindən gedir: “Çox vəsait ayrılması problemin həlli deyil. Nəzərə alsaq ki, 1998-ci ilə yaranan Dövlər Komitəsinin büdcəsi ilə indiki büdcəmiz arasında nə qədər fərq var, onda ortada çox böyük irəliləyişlər görünər. Bizim işimizin həcmi əsasən hüquqi maarifləndirmədir. Ona görə də vəsaitə tələbat elə də böyük deyil. Komitəmiz çox əhəmiyyətli və vacib iş görür. Bütün ölkədə aparılan iqtisadi inkişaf, qarşıya qoyulan məqsəd insan faktoru üçündür. Yəni insanların gələcək rifahının yüksəlməsi, onların biliklərinin üzərində qurulur. Bizim işimizin əsas istiqaməti istər qadının, istər uşağın, istərsə ailənin hüquqlarının qorunması istiqamətində insanların maariflənməsidir. Biz tək komitə olaraq çalışımırıq. Hər hansı bir rayonda tədbir keçirərkən maliyyə xərcləri təkcə komitənin üzərində olmur, icra hakimiyyətləri də bu işə vəsait ayırır. Bu gün komitənin büdcəsinin artması və bu istiqamətdə yeni-yeni işlərin ortaya gəlməsi təbii ki, müsbətdir. Bundan başqa illik büdcə ayrılır və layihə çərçəivəsində  müəyyən işlər görülür. O maliyyəni də bunun üzərinə gəlsək, kifayət qədər vəsait edir”.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir