Modern.az

Azərbaycanda Dövlət Bayrağı Günü təsis olunur

Azərbaycanda Dövlət Bayrağı Günü təsis olunur

17 Noyabr 2009, 15:41

Milli Məclisin Sosial siyasət komissiyası Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə hazırlayıb. Modern.az xəbər verir ki, həmin əlavədə Azərbaycanda yeni bayramın təsis olunması öz əksini tapıb. Bu, Dövlət Bayrağı Günü olacaq.
Milli Məclisin Sosial siyasət komissiyasından verilən məlumata görə, Əmək Məcəlləsinin 105-ci maddəsinə ediləcək əlavə nəticəsində 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunmaqla yanaşı, həmin tarix ölkədə qeyri-iş sayılacaq.
Milli Bayraq Gününün məhz 9 noyabr tarixinə salınmasının səbəbi var. Çünki 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib.

Milli Məclisin sosial siyasət komitəsinin noyabrın 17-də keçirilən iclasında məsələ müzakirə olunub.

Komitənin sədri Hadı Rəcəbli müzakirələr zamanı xatırladıb ki, Dövlət Bayrağı Günü kimi 9 noyabr seçilərkən 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlət bayrağının qəbul olunması haqqında qərarı nəzərə alınıb.

Qeyd edək, Sosial siyasət komitəsi Əmək Məcəlləsinin 105-ci maddəsinə prezidentin təklif etdiyi əlavəni bəyənib və məsələnin Milli Məclisin plenar iclasında müzakirə olunmasını tövsiyə edib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir