Modern.az

Mətbuat Şurasında latviyalı ekspetrlərlə görüş keçirilib

Mətbuat Şurasında latviyalı ekspetrlərlə görüş keçirilib

17 Noyabr 2009, 16:19

Noyabrın 17-də Mətbuat Şurasında (MŞ) Latviyanın Korrupsiyaya qarşı mübarizə Bürosunun (KNAB) qabaqlayıcı tədbirlər idarəsinin əməkdaşı Lize Lentane və qurumun ictimaiyyətlə əlaqələr və tədris şöbəsinin mütəxəssisi Aleksey Şnitnikovla görüş keçirilib. Modern.az xəbər verir ki, MŞ sədri Əflatun Amaşov qonaqları salamlayaraq onlara Şuranın fəaliyyət istiqamətləri, düzənlədiyi tədbirlər barədə ətraflı məlumat verib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında fondun fəaliyyətdə olduğu qısa müddətdə həyata keçirdiyi tədbirlər haqqında söhbət açıb. Qurumun Müşahidə Şurasının sədri, MŞ sədrinin müavini Umud Rəhimoğlu nitqində ölkəmizdə dövlət dəstəyinin konkret istiqamətləri barədə danışıb. 

Xanım Lize Lentane bildirib ki, mövcud səfər Avropa İttifaqına üzv dövlətlərin və Benefisiar ölkələrin idarəçilik qurumları arasında əməkdaşlıq vasitəsi olan Tvininq layihəsinin 5 əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə  Azərbaycan arasında  “Avropa qonşuluq  siyasəti”  planı çərçivəsində həyata keçirilir. O, vurğulayıb ki, «Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə İdasinə dəstək» adlı həmin layihənin gerçəkləşdirilməsi Latviyanın xüsusi istintaq idarəsinə etibar edilib. Bu məqsədlə ölkəmizin hüquqi mövzuda yazan jurnalistləri ilə görüş keçiriləcək, qarşılıqlı əməkdaşlığın digər asepktləri müəyyənləşdiriləcək.

 

Avropa İttifaqının  Üzv  Ölkələrinin  və Azərbaycan Respublikasının dövlət qurumları  arasında  birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan Tvininq proqramı Avropa İttifaqına üzv ölkələrinin dövlət qurumlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilib.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun, Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbbə müdiri Vüqar Əliyevin və idarənin böyük prokuroru Elnur Musayevin iştirak etdiyi görüşdə qonaqların Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının fəaliyyəti ilə bağlı konkret sualları da cavablandırılıb.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir