Modern.az

"Gənc Liderlər"in 5 yaşı tamam olub

"Gənc Liderlər"in 5 yaşı tamam olub

Təhsil

1 İyun 2011, 14:36

Bu gün "Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatı(UGT) fəaliyyətə başlamasından 5 il ötür. Qurum 2006-cı il İyun ayının 1-i Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi günündə bir qrup məktəbli tərəfindən uşaq təşkilatı kimi yaradılıb. 2009-cu ilindən etibarən isə təşkilat fəaliyyətini həm də gənclər təşkilatı kimi davam etdirib. Hazırda təşkilatın tərkibində 45 məktəbi və 6 univerisiteti təmsil edən 600-dən artıq gənc birləşib. Təşkilat məktəbli və gənclərin könüllük prinsipi ilə toplaşdığı, ölkədə gedən islahatlara dəstək nümayiş etdirən gənclər birliyidir.

Təşkilat 5 illik fəaliyyəti dövründə 600-dən artıq tədbir və layihə reallaşdırıb.

«Gənc Liderlər»in fəaliyyəti Azərbaycanın bir sıra dövlət qurumları, Milli Məclisin deputatları, rayon icra hakimiyyətləri, media və QHT-lər tərəfindən dəstəklənir.

«Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı özünü, fikirlərini ifadə etməyi bacaran, bütün istiqamətlər üzrə istedadını nümayiş etdirə bilən gənclərə öndə olmaq, fəaliyyətini daha da genişləndirmək imkanı yaradır.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat