Modern.az

Abdulla Öcalanın kamerasına beş PKK-çı dustaq salınıb

Abdulla Öcalanın kamerasına beş PKK-çı dustaq salınıb

Dünya

17 Noyabr 2009, 18:12

Türkiyədə hakimiyyət dairələri kürd üsyançılarının lideri Abdulla Öcalanın saxlanıldığı adada yerləşən həbsxanaya beş məhbus köçürüblər.(BBC).
Avropa Şurası Türkiyəni keçmişdə Öcalanın insan haqlarını pozaraq, onu təcriddə saxlamasına görə tənqid etmişdi. PKK-nın beş üzvü olan bu dustaqlara onunla həftədə 10 saata kimi ünsiyyət saxlamaq imkanı veriləcək. Ötən həftə Türkiyə hökuməti kürd azlığının hüquqlarının yaxşılaşdırılması istiqamətində yeni təkliflər elan edib. Bunlar ölkənin Avropa İttifaqına üzv olması səylərinin bir hissəsidir.
Abdulla Öcalan xəyanətə görə 1999-cu ildə ölüm cəzasına məhkum edilmişdi. Lakin sonradan bu hökm ömürlük həbs cəzası ilə əvəz edildi
.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir