Modern.az

Elmar Məmmədyarov ABŞ-ın dövlət katibi ilə görüşəcək

Elmar Məmmədyarov ABŞ-ın dövlət katibi ilə görüşəcək

Təhsil

2 İyun 2011, 17:10

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Vaşinqtonda ABŞ Dövlət Katibi Hillari Klintonla görüşəcək. Bu barədə “Azadlıq” radiosuna Dövlət Departamentindən xəbər veriblər. Görüşdə ikitərəfli məsələlər və Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı  yaranmış vəziyyət müzakirə olunacaq.
İyunun 3-də həmçinin Elmar Məmmədyarovun Vaşinqtondakı Atlantic Council araşdırma mərkəzində keçiriləcək tədbirdə çıxışı gözlənilir. Tədbiri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda isə Atlantic Council-ın Avrasiya Mərkəzinin rəhbəri Ross Uilson aparır.

Bu gün isə Elmar Məmmədyarov Vaşinqtonun bir sıra araşdırma mərkəzlərində görüşlər keçirir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?