Modern.az

Gəncədə yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq edilib

Gəncədə yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq edilib

2 İyun 2011, 18:19

Gəncədə 10-dək yanacaqdoldurma məntəqəsinin rəhbərliyinə xəbərdarlıq edilib.  Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Eldar Qarayev məlumat verib. O, bildirib ki, bütün yanacaqdoldurma məntəqələrində texniki yoxlamalar aparılıb və qanun pozuntusu ilə bağlı göstəriş məktubları verilib.
Məlum olub ki, Gəncə şəhərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin əksəriyyəti təhlükəsizlik tədbirlərinə cavab vermir. Hazırda Gəncə şəhərində təxminən 30-dan artıq yanacaqdoldurma məntəqəsi mövcuddur. Ancaq sözügedən məntəqələrin böyük əksəriyyəti yaşayış binalarına çox yaxın ərazidə yerləşir və insanlar üçün əsl təhlükə mənbəyidir. Gəncə şəhərində yanacaqdoldurma məntəqələrində dəfələrlə partlayışlar qeydə alınıb.

Xaliq Qurbanov
Gəncə

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi