Modern.az

Amerika Şuraları Liderlik Missiyası Azərbaycana səfər edəcək

Amerika Şuraları Liderlik Missiyası Azərbaycana səfər edəcək

3 İyun 2011, 11:12

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM)  təşəbbüsü ilə Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının (World Affairs Councils of America - WACA) nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.  2011-ci ilin iyun ayının 5-dən 13-dək davam edəcək səfər Azərbaycanın ABŞ-ın Nyu-Mexiko ştatındakı fəxri konsulu Art Makafinin(Art McHaffie) rəhbərliyi ilə həyata keçəcək.

SAM-dan Modern.az-a bildirilib ki, Azərbaycanla tanışlıq xarakteri daşıyan səfər çərçivəsində amerikalı qonaqların Azərbaycanın bir sıra dövlət qurumlarında, elmi-tədqiqat mərkəzlərində, universitetlərdə görüşləri və bölgələrə səfərləri nəzərdə tutulub.

WACA-nın Liderlik Missiyası ölkə və regionla bağlı tədqiqatların aparılmasında, hesabatların hazırlanmasında və məlumatların etibarli mənbədən alınmasında bu səfərin çox faydalı olacağını bildirir.

90 ilə yaxındır ki, ABŞ-da fəaliyyət göstərən Qlobal Məsələlər üzrə Amerika Şuraları təşkilatı nüfuzlu, müstəqil və qeyri-kommersiya qurumu olaraq yerli nəhəng müstəqil şuralara dəstək verərək onları təmsil edir. Həmçinin təşkilat Amerika ictimaiyyətinin beynəlxalq məsələlərə və qlobal problemlərlə bağlı maarifləndirməsi və siyasi müzakirələrə cəlb olunmasında geniş təcrübəyə malikdir. Qeyd edək ki, hər il 500,000 insan təşkilatın xidmətlərindən faydalanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!