Modern.az

İran prezidenti dar ağacından asıla bilər

İran prezidenti dar ağacından asıla bilər

Təhsil

3 İyun 2011, 11:47

Dini lider Xamneinin nümayəndəsi Namazi bildirib ki, çevriliş cəhdində iştirak edənlərin həbsinə icazə verilib

İran İslam Keşikçiləri Korpusunun komandiri Məhəmməd Əli Cəfəri bir müddət əvvəl dini lider Əli Xamneiyə prezident Mahmud Əhmədinejadı həbs etmək üçün müraciət göndərib.  Modern.az “MİGnyus” portalına istinadən bildirir ki, bu barədə Xamneyinin nümayəndəsi Əbdülnəbi Namazi açıqlama verib. Onun sözlərinə görə, müraciət Xamneini devirmək istəyənlərin həbsi ilə bağlı ümumi xahiş nəticəsində edilib.

Namazinin sözlərinə görə, Xamnei Əhmədnejad istisna olmaqla çevriliş cəhdində iştirak etmiş digər şəxslərin həbs edliməsinə razılıq verib.

Bununla yanaşı, Əhmədinejad “xəbərdarlıq alıb”.

“Mümkündür ki, prezidentlə Xamnei arasında parçalanma dövlət başçısının istefasına gətirib çıxaracaq”-deyə Namazi vurğulayıb. İran qanunvericiliyinə görə, dini liderə qarşı çıxmaq dövlətə xəyanət sayılır və dar ağacından asılmaqla cəzalandırılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir