Modern.az

Dövlət qulluğuna qəbul üçün yaş senzi tətbiq olunacaq

Dövlət qulluğuna qəbul üçün yaş senzi tətbiq olunacaq

3 İyun 2011, 11:53

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı yaş senzi tətbiq olunacaq. Bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sektor müdiri Vüqar Əsgərov deyib.

APA-nın məlumatına görə, o xatırladıb ki, indiyə qədər dövlət qulluğuna qəbul üçün qanunvericilikdə yaş senzi nəzərdə tutulmayıb:

«Dövlət qulluğunda yuxarı yaş senzinin 65 yaş müəyyən olunmasından sonra dövlət qulluğuna qəbulda da yaş senzi tətbiq olunacaq və bu yaş senzi 65 yaşa kimi müəyyənləşəcək».

V.Əsgərov deyib ki, yaş senzinin tətbiqindən sonra dövlət qulluğunda vakansiyaların sayı çoxalacaq:

«Bu da gənclərin dövlət qulluğuna qəbul olmaq imkanlarını genişləndirəcək və stimul yaradacaq».

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır