Modern.az

Nəsimi və Nərimanov rayonlarında seçim turları keçirilib

Nəsimi və Nərimanov rayonlarında seçim turları keçirilib

3 İyun 2011, 12:44

 “VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası Bakı rayonları arasında öz seçim turlarını keçirməkdə davam edir. Bakı rayonlarında Səbail, Yasamal seçim turları artıq yekunlaşıb. Növbəti tur Nəsimi və Nərimanov rayonlarında keçirilib.

Nəsimi rayonunda kampaniyanın açılış mərasimi 152 saylı məktəbdə baş tutub. Tədbirin açılış mərasimində Milli Şuranın baş katibi Orxan Ərəbov bildirib ki, bu kampaniyanın keçirilməsi ölkə gəncləri arasında vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edəcək. Kampaniyanın bütün Azərbaycanı əhatə edəcəyini vurğulayan baş katib qeyd edib ki, əsas məqsədlərdən biri də ölkəmizin ərazi bütövlüyü məsələsini bir daha qabartmaqdır.

Nərimanov rayonunda 150 gəncin iştirakı ilə keçirilən kampaniyanın açılış mərasimində çıxış edənlər  bildiriblər ki, hər bir Azərbaycan gənci ölkəmizin tanıdılması istiqamətində əlindən gələn bütün işləri görməlidir. Qeyd edilib ki, Azərbaycan gəncliyi ölkəmizin tarixini, coğrafiyasını bilməli, ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar. 

Nəsimi və Nərimanov rayonlarının hər birindən 300 gənc “Vətəni tanı” Ümumrespublika Kampaniyasında iştirak edib. Bunlardan bir qismi keçməcələrdən (puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi saytı olan miras.az saytında olan elektron formadakı xəritəni toplayıb.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.





Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər