Modern.az

Azərbaycan millisi Qazaxıstanda biabr oldu

Azərbaycan millisi Qazaxıstanda biabr oldu

Təhsil

3 İyun 2011, 23:11


İyunun 3-də Avropa Çempionatı-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası növbəti görüşünə çıxııb. Modern.az xəbər verir ki, alman çalışdırıc Berti Foqtsun Astanaya apardığı Azərbaycan komandası qazaxlar qarşısında aciz duruma düşüblər.

Hamı futbolunun 100 illik yubileyi ərəfəsində komandamızdan qələbə gözlədiyi halda futbolçularımız Qazaxıstana 1:2 hesabı ilə məğlub oldular. 

Qazaxıstan: Roman Sidorenko, Muxtar Muxtarov, Samat Smakov, Yuri Loqvinenko (Mixael Rojkov, 65), Kazbek Geteriyev, Kayrat Nurdauletov (k), Ulan Konısbayev, Haynrix Şmidtqal, Marat Xayrullin, Sergey Qridin, Sergey Ostapenko (Sergey Lizmiçenko, 78)

Azərbaycan:
Kamran Ağayev, Rail Məlikov, Rəşad Sadıqov, Vladimir Levin, Maksim Medvedyev, Ruslan Abışov, Rəşad Sadiqov, Əfran İsmayılov, Cavid Hüseynov (Vüqar Nadirov, 61), Vaqif Cavadov, Rauf Əliyev (Murad Hüseynov, 79)

Astana şəhərində keçirilən Qazaxıstan – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts fikirlərini bildirib:
«Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün qələbəyə layiq idilər. Qazaxıstan yığması 90 dəqiqə sürətli oynadı. Bizim isə 14 günlük hazırlıqdan sonra belə oyunumuz və nəticə məni təəssüfləndirdi. Biz öz oyunumuzu nümayiş etdirmək istəsək də, alınmadı. Öz səhvlərimizdən öyrənməliyik. Bu, tək mənim yox, həm də klubların işidir. Futbolçuların fiziki hazırlığı üzərində çalışmalıyıq. Rəqib sürətli futbol oynadı və bunun qarşısını ala bilmədik. Bu gün bəxt də Qazaxıstan yığmasının tərəfində idi. Məğlubiyyətdən sonra kimisə günahlandırmaq ən asan iş olardı. Sözsüz ki, hakim səhvi vardı. Ancaq hakim fiti səsləndirmədiyindən, Rəşad Sadiqov sona kimi oynamalı idi. Mən futbolçulara demişdim ki, hakim Britaniyadan olduğundan, hər qayda pozuntusuna görə fit səsləndirmir».


Turnir cədvəli

1

 Almaniya

5

5

0

0

17-1

15

2

 Belçika

6

3

1

2

14-9

10

3

 Türkiyə

5

3

0

2

8-6

9

4

 Avstriya

5

2

1

2

9-8

7

5

 Qazaxıstan

6

1

0

5

2-15

3

6

 Azərbaycan

5

1

0

4

4-15

3

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı