Modern.az

Deputat Leyla Abdullayeva seçici problemlərini necə həll edir?

Deputat Leyla Abdullayeva seçici problemlərini necə həll edir?

4 İyun 2011, 16:32

41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Leyla Abdullayevanın seçki qərargahı 2011-ci ilin birinci  yarım ili ərzində seçicilərlə iş barədə məlumatı verib.

Qərargahdan Modern.az-a verilən məlumata görə, müvafiq dövr ərzində seçicilərlə iş daim diqqət mərkəzində olub.
”Həftədə bir dəfə deputatın özü tərəfindən, həfətdə 5 gün isə köməkçisi tərəfindən seçicilər qəbul edilərək onların müraciətləri dinlənilib. Görüş və qəbullar istər Milli Məclisdə, istərsə də deputatın qərargahında mütəmadi olaraq keçirilib”.  

Bildirlib ki, deputatın təşəbbüsü ilə iki xeyriyyə tədbiri təşkil edilib ki, bunlar da Böyük Vətən Müharibəsi iştirakçıları və ahıllarla bağlı olub.

“Leyla Abdullayevanın təşəbbüsü ilə Şəhər İcra Hakimiyyəti, onun ayrı-ayrı struktur bölmələri, hüquq-mühafizə orqanları, səhiyyə və təhsil müəssisələri, şəhər Məşğulluq Mərkəzi, Şəhər Bələdiyyəsi ilə sıx təmas qurulub. Bunun nəticəsidir ki, şəhər daxilində bir çox hallarda şifahi müraciətlərimiz nəticəsində xeyli məsələ müsbət həll olunub və ya icra mərhələsindədir”-deyə bildirilib.

Qeyd olunub ki, millət vəkilinin təşəbbüsü ilə Sumqayıt Məşğulluq İdarəsi ilə əlaqə yaradılıb, nəticədə işsizliklə bağlı müraciət edən seçicilər müvafiq qaydada qeydiyyata götürüldükdən sonra onlar üçün mini əmək yarmarkası keçirilib.

Deputat tərəfindən Sumqayıt şəhərinin aktiv gəncləriylə görüşün təşkil edildiyi, uşaq hüquqlarının qorunması ilə bağlı  birgə layihə çərçivəsində tədbir keçirildiyi, “Siqaretə yox deyək!” aksiyasının reallaşdırıldığı vurğulanıb.

“Vətəndaşlardan daxil olan müraciətlərə gəldikdə, qeyd edilməlidir  ki, müraciətlərin əksəriyyəti şifahi şəkildə olub. Ümumiyyətlə, hesabat dövrü ərzində 56 seçici müraciəti daxil olub ki, onlardan 14-ü yazılı, 42-i şifahi xarakter daşıyıb. 42 şifahi müraciədən 28-i birbaşa deputata edilib. 14 seçici deputat köməkçisi tərəfindən qəbul edilib ki, onların müraciətləri müvafiq qaydada qeydiyyata götürülərək millət vəkilinin diqqətinə çatdırılıb. Həmin seçicilərin əksəriyyəti sonradan deputat tərəfindən təkrar qəbul edilib.
13 deputat sorğusu və müraciəti hazırlanaraq ünvanlara çatdırılıb.
Ümumiyyətlə, 40 müraciət sosial problemlərlə, 5 müraciət iqtisadi, 11 müraciət isə digər məsələlərlə əlaqədar olub. Bu günə qədər 15, o cümlədən 13 sosial, 2 digər xarakterli problem müsbət həll olunub, 21 məsələ aidiyyatı üzrə orqandadır, 14 məsələ isə icra mərhələsindədir”-deyə deputatın qərargahından Modern.az-a bildirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir