Modern.az

Leyla Əliyeva: "Təşkilatımızın coğrafiyası genişlənir" (FOTOLAR)

Leyla Əliyeva: "Təşkilatımızın coğrafiyası genişlənir" (FOTOLAR)

Təhsil

5 İyun 2011, 13:37


Dünəndən başlayaraq Sankt-Peterburqdakı Tavriçeskiy sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üçüncü konfransı keçirilir. Bu gün yekunlaşacaq tədbir RAGT-nin yaradılmasının ikinci ildönümünə həsr olunub. Konfransda Rusiyanın bütün regionlarını təmsil edən RAGT nümayəndələri iştirak edirlər. Konfransın əvvəlində Azərbaycanın və Rusiyanın dövlət himnləri səslənib. (AzərTAc)

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyeva tədbirdə çıxış edib. O, təşkilatın iki illik fəaliyyəti barədə məlumat verərək vurğulayıb ki, bu dövrdə kifayət qədər yaxşı nəticələr əldə edilib. RAGT sədri bildirib ki, təşkilatın coğrafiyası genişlənir, indi Moskva və Sankt-Peterburq ilə yanaşı Arxangelsk, Tver, Yekaterinburq və bir sıra başqa regionlarda da azərbaycanlı gənclərin klubları fəaliyyət göstərir. Leyla Əliyeva RAGT-nin iki illik fəaliyyəti dövründə keçirilmiş aksiyalar, tədbirlər və görüşlər barədə də məlumat verib. O, “Xocalıya ədalət” kampaniyasına xüsusi diqqət yetirərək qeyd edib ki, bu aksiya sayəsində dünyada insanların getdikcə daha çox hissəsi Azərbaycan xalqına qarşı törədilmiş bu faciədən xəbər tutur. Leyla Əliyeva əmin olduğunu bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək.

Konfransda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, gənclər və idman naziri Azad Rəhimov, MDB Parlamentlərarası Assambleyasının Baş katibi Mixail Krotov, Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Sankt-Peterburq Administrasiyasının Gənclər Siyasəti Komitəsinin sədri Aleksandr Nikolayev, Sankt-Peterburq Dövlət Universitetinin prezidenti Lyudmila Verbitskaya, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Rusiya Prezidentinin Sankt-Peterburqdakı səlahiyyətli nümayəndəsi Aleksandr Volox, Latın Amerikası gənclər təşkilatının vitse-prezidenti Xulian Luqo Mendes, Moskvanın, Sankt-Peterburqun və Mərkəzi Federal dairənin gənclər təşkilatlarının nümayəndələri də çıxış ediblər.

Axşam Petropavlovsk qalasının Narışkin bastionunda RAGT-nin yaradılmasının ikinci ildönümünə həsr edilmiş konsert olub.

İyunun 5-də konfransın işi panel diskussiyaları çərçivəsində davam edib. Elə həmin gün Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan bağın əsaslı təmirdən sonra təntənəli açılış mərasimi olub.




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır