Modern.az

Azərbaycan jurnalistləri Berti Foqtsa aftafa və tualet kağızı verdilər (FOTO)

Azərbaycan jurnalistləri Berti Foqtsa aftafa və tualet kağızı verdilər (FOTO)

5 İyun 2011, 19:47

İyunun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib. Modern.az-ın məlumatına görə, B.Foqts Azərbaycanın Qazaxıstana 1:2 hesablı məğlubiyyəti barədə bunları deyib:

«Qazaxıstan yığması ilə oyunda heç-heçə və ya qələbə qazana bilmədiyimizə görə təəssüflənirəm. Oyunda iki ciddi səhv buraxdıq. Birincisi, sürətdə rəqibə uduzduq, digər epizodda isə hakim fit vermədiyi halda dayandıq. Beynəlxalq oyunlarda buna ciddi yanaşmaq lazımdır. Futbolçularımın daha yaxşı oynayacağını gözləyirdim. Belə oyunlarda istəkli olmalısan. Təəssüf ki, uşaqlarda bunu görmədim. Rəqib səhvlərimizi bağışlamadı. Gənc komandamız səfərdə təzyiq altında oynamağa öyrəşməyib. Tədricən bunu da yoluna qoyacağıq. İndi komandanı qarşıdakı çətin oyuna hazırlamalıyıq».

Berti Foqtsun fəaliyyətinə etiraz edən bir qrup jurnalist isə ona öz etirazlarını fərqli formada bildidblər. Belə ki, mətbuat konfransından sonra aksiya iştirakçıları olan jurnalistlər Azərbaycan milli futbol komandasının alman baş məşqçisinə aftafa və tualet kağızı təqdim ediblər.

"Aftafa alman çalışdırıcının "2014-cü ildə Dünya çempionatında iştirak edəcəyik" açıqlamasına işarə idi - "Kuboku" 3 il əvvəldən ona hədiyyə etmək istədik. Tualet kağızı isə Foqtsun yığma komandada üç illik fəaliyyətinin "dəyərini" ifadə edirdi"-deyə aksiya iştirakçısı olan jurnalistlər fanat.az portalına bildiriblər.

Qeyd edək ki, bu cür aksiyanın keçiriləcəyində əvvəlcədən duyuq düşən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və əməkdaşı Elton Quliyev etirazın qarşısını almaq üçün jurnalistləri konfrans zalından xaric ediblər. Daha sonra isə olay yerinə polis çağırılıb. Jurnalistlər aftafa və tualet kağızını Berti Foqtsa konfransdan sonra çöldə veriblər.

"Asossiasiya rəhbərliyi medianın obyektiv təklifini dəyərləndirənə qədər bu cür aksiyalar müxtəlif formalarda davam etdiriləcək"-deyə aksiya iştirakçıları alman məşqçinin Azərbaycandan qovulmasını təklif edirlər.




Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir