Modern.az

Dərslik qalmaqalı BÖYÜDÜ: Tarix İnstitutu müəllifləri təkzib etdi

Dərslik qalmaqalı BÖYÜDÜ: Tarix İnstitutu müəllifləri təkzib etdi

10 Oktyabr 2017, 17:44

Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün  X sinif  “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı yaranan qalmaqal böyüyüb.

 

Qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin dərslikdə düzgün təsvir olunmamasıdır. Bu xəritədə yanlış olaraq uydurma “Böyük Ermənistan"ın ərazisinin təsvir olunması böyük əksəriyyəti hiddətləndirib.

 

Dərslik müəllifləri Modern.az-a bildiriblər ki, dərsliyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu rəy verib.

 

Tarix İnstitutu isə deyilənlərlə razı deyil. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, 10 sinif “Ümumi tarix”dərsliyinin müəlliflərindən birinin həmin dərsliyin Tarix İnstitutuna rəyə göndərilməsi və kitaba müvafiq rəyin verilməsi ilə bağlı mediada səsləndirdiyi fikirlər tamamilə əsassızdır:

 

“Çünki həmin dərslik Tarix İnstitutuna rəyə göndə­rilməyib və kitaba institut tərəfindən ekspert rəyi verilməyib”-deyə bildirilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir