Modern.az

Milli Məclis qərarını dəyişdi: yaş həddi ali məktəb müəllimlərinə şamil edilməyəcək

Milli Məclis qərarını dəyişdi: yaş həddi ali məktəb müəllimlərinə şamil edilməyəcək

10 İyun 2011, 14:33

Ali məktəb rektorları bu məsələdə qalib gəldilər

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi müzakirə olunub. Modern.az bildirir ki, qanun layihəsi barədə parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, Prezidentin təşəbbüsü ilə parlamentə daxil olmuş Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün yaş senzi ali məktəblərdə çalışan müəllim heyətinə, elmi-tədqiqat müəssisələrinin heyətinə şamil olunmayacaq.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.

Bakı Dövlət Unversitetinin rektoru Abel Məhərrəmov bu təklifi dəstəkləyib. O qeyd edib ki, əgər yaş həddi qalsaydı böyük problemlər ortaya çıxa bilərdi.
 “İndi elə vəziyyətdir ki, yaşlı müəllimlərin yerini doldura biləcək gənc kadrlar çox azdır. Əgər yaş həddi barədə qadağa qalsaydı, o zaman ali məktəblərdə böyük boşluq yaranardı”-deyə deputat vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yaş həddi 65 yaş müəyyən edilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?