Modern.az

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi  

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi   

Aktual

20 Noyabr 2017, 15:00

Dövlət İmtahan Mərkəzində (DİM) ayrı-ayrı fənlər üzrə keçirilən elmi-metodik seminarlar fəaliyyətini davam etdirir.

DİM-dən Modern.az-a bildirilib ki, müvafiq fənlər üzrə təşkil olunan seminarlarda 2018-ci ildə keçiriləcək buraxılış imtahanının, hərbi liseylərə və ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının müzakirəsi başa çatıb. Müzakirələr nəticəsində artıq proqramlar təsdiqlənib. Buraxılış və qəbul imtahanlarının proqramları 2018-ci ildə “Abituriyent” jurnalının birinci nömrəsində dərc olunacaq.

Hazırda elmi-metodik seminarlarda bu il qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəriciləri baxımından təhlili edilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi