Modern.az

Şahzadələrin saxlanıldığı “Dünyanın ən lüks həbsxanası” - İlk dəfə kameralar çəkdi - VİDEO

Şahzadələrin saxlanıldığı “Dünyanın ən lüks həbsxanası” - İlk dəfə kameralar çəkdi - VİDEO

24 Noyabr 2017, 10:25

Səudiyyə Ərəbistanında 4 noyabrda keçirilən əməliyyatlarda aralarında şahzadələrin də olduğu 200-ə adam saxlanılmışdı.

 

Modern.az xəbər verir ki, BBC kameramanları bu şəxslərin tutulduğu və “Dünyanın ən lüks həbsxanası” olaraq görülən paytaxt Ər-Riyaddakı Ritz-Carlton otelinə girib.

 

BBC-nin oteldə səs yazması və insan üzlərini görüntüləməsinə icazə verilməyib. Otelin digər qonaqlarının otaqlarından ayrılması tələb olunub və binanın qapısı ziyarətçilərə bağlanıb.

 

Ər-Riyad baş prokuroru əməliyyatdan sonra 208 nəfərin sorğuya çağırıldığını, bunlardan yeddisinin hər hansı bir ittiham edilmədən sərbəst buraxıldığını açıqlayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?