Modern.az

Atatürk hava limanında bomba həyəcanı

Atatürk hava limanında bomba həyəcanı

Dünya

27 Noyabr 2017, 00:28

İstanbulun Atatürk hava limanında bomba həyəcanı yaşanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanında sahibsiz çamadan tapılıb.

 

Məlumata görə, bomba olması ehtimalı səbəbilə çamadanın olduğu ərazi polis tərəfindən boşaldılıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.

 

Xüsusi geyimli bomba məhvetmə mütəxəssisləri tərəfindən çamadan partladılıb. Lakin çemodandan  şübhəli heç nə çıxmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir