Şəxsi imzanın səliqəli olub olmaması bir o qədər də önəmli məsələ deyil. Düzdür, imzanın formasına görə, xarakterin müəyyənləşdirilməsi haqqında fikirlər də var. Məsələn, deyirlər ki, imza qısadırsa, bu həmin şəxsin məntiqli olmasını, uzundursa səbrli və təmkinli olmağını, şəkil kimidirsə, şəxsin yarıdıcı olduğunu göstərir və s. Amma əsas məsələ imzanın formasından asılı olmayaraq onun kim tərəfindən və hansı sənədə qol qoyduğundadur. Tarix də sübut edir, elə sənədlərə imza atılıb ki, onlar dünyanın gedişatını, siyasi kursunu, sərhədlərini dəyişib. Təbii ki, bunlar dünyanın siyasi liderlərinin imzalarıdır.
Maraqlıdır, bəs görəsən milyonlarla insanın taleyinə təsir edən bu imzalar necədir? İmzalarda tələskənlik, səliqəsizlik, müdriklik, məntiq, məsuliyyət hiss olunurmu?
Modern.az saytı siyasi liderlərin imzalarını təqdim edir.
Vladimir İliç Lenin

İosif Stalin

Uinston Çörçill

Şarl de Qoll

Adolf Hitler

Ernesto Çe Gevara

Leonid İliç Brejnev

Fidel Kastro

Mixael Qorbaçov

Boris Yeltsin

Vladimir Putin

Donald Tramp

Arzu edək ki, hər bir imza dünyanda sülhə, insanların rifahına, xoşbəxt gələcəyinə səbəb olsun.