Modern.az

Rəsulzadənin həyat yoldaşının məzarı bərpa edildi - FOTO

Rəsulzadənin həyat yoldaşının məzarı bərpa edildi - FOTO

Aktual

19 Dekabr 2017, 13:50

Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanımın (Vanda xanım) Türkiyədə tapılan məzarı bərpa edilib.


Bu barədə Modern.az-a məzarı tapan azərbaycanlı jurnalist Könül Şamilqızı  məlumat verib.

 

K.Şamilqızı məzarın Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü, Anıtlar Dərnəyinin dəstəyilə bərpa edildiyini bildirib:

“Məzarın sadə olamsını mən istədim. Sağ olsunlar, fikrimi soruşdular, mən də “Leyla xanım kimi sadə və zərif olsun” dedim. Bir də həmişə üstündə çiçəklərin  olmasını istədim. Sabah gedib çiçəkləri də əkəcəm”.

 

Jurnalist çox sevincli və qürurlu olduğunu vurğulayıb:

Qeyd edək ki, K.Şamilqızının bir müddət əvvəl məzarın yerini tapması geniş ictimaiyyətin marağına səbəb olmuşdu. Bəziləri hətta bu məzarın L.Rəsulzadəyə aid olmadığını iddia etmişdi. K.Şamilqızı isə araşdırmalarla məzarın həqiqətən də L.Rəsulzadəyə məxsus olduğunu təsdiqlədə bildi.

 
Leyla Rəsulzadənin qəbri Ankaradakı "Əsri" məzarlığının xristian bölməsində yerləşir. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!