Modern.az

Sarkisyan Tbilisidə Qarabağdan danışdı

Sarkisyan Tbilisidə Qarabağdan danışdı

Dünya

25 Dekabr 2017, 21:40

“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu və razılaşdırılmış formatlar çərçivəsində həll oluna bilər”. Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti S.Sarkisyan Tbilisidə gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili ilə keçirdiyi birgə brifinqdə bildirib.

 

S.Sarkisyan bildirib ki, Gürcüstan prezidenti ilə görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri də müzakirə olunub.

 

G.Marqvelaşvili öz növbəsində deyib ki, regionda bütün çətin məsələlər beynəlxalq hüquq çərçivəsində və danışıqlar yolu ilə həll olunmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat