Modern.az

İraq parlamenti Qüdslə bağlı qərarını açıqlayıb

İraq parlamenti Qüdslə bağlı qərarını açıqlayıb

Dünya

7 Yanvar 2018, 23:24

İraq parlamenti Qüdslə bağlı qərarını açıqlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qanunverici orqan ABŞ Prezidenti Donald Trampın Qüds qərarını qınayan qanun layihəsini təsdiq edib.

 

İraq parlametində üstünlük təşkil edən Milli Koalisiya Partiyasının millət vəkili Əli əs-Safinin açıqladığı məlumata görə, sözügedən qanun layihəsi səs çoxluğu ilə qəbul edilib: “Millət vəkilləri ABŞ-ın qərarının bütün dinlərə qarşı təxribat xarakterli addım olması və beynəlxalq təhlükəsizliyə təhdid yaratması haqda ortaq qənaətə gəliblər. Bu qərarla biz Qüdsün Fələstinin əbədi paytaxtı olmasını vurğuladıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat