Modern.az

Şəkidə gənc qadın intihar etdi

Şəkidə gənc qadın intihar etdi

Ölkə

14 Yanvar 2018, 19:51

Şəkidə 35 yaşlı qadın intihar edib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Baltalı kəndində qeydə alınıb.

 

Kənd sakini 1983-cü il təvəllüdlü Tərgül Mürşüd qızı Manafovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 35 yaşlı Tərgül Manafovanın intihar etməsinin səbəbi hələ istintaqa məlum deyil.

 

Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma)maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq ayağa qalxdı - Pezeşkian mitinqə çıxdı