Modern.az

Rusiyada doğum kəskin azalıb

Rusiyada doğum kəskin azalıb

29 Yanvar 2018, 17:08

Rusiyada ötən il doğum göstəriciləri kəskin azalıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2017-ci ildə ölkədə əvvəlki illərlə müqayisədə 200 min körpə az dünyaya gəlib.

 

Qeyd olunur ki, 2017-ci ildə ölkədə 1,69 milyon insan dünyaya gəlib. 2016-cı ildə eyni göstərici 1,88 milyon olub. Ötən il ölənlərin sayı 1,8 milyonu keçdiyi üçün Rusiyada ümumilikdə əhalinin azalma sayı 133 min nəfər təşkil edib.

Sonuncu dəfə 2007-ci ildə Rusiyada 1,69 milyon körpə doğulmuşdu.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat