Modern.az

Azərbaycanlılar Danimarkada mitinq keçirəcək

Azərbaycanlılar Danimarkada mitinq keçirəcək

Aktual

1 Fevral 2018, 15:15

Sabah Danimarkada yaşayan  azərbaycanlılar Kopenhaqendə fəaliyyət göstərən Türkiyə səfirliyinin qarşısında izdihamlı mitinq  keçirəcək.

Bu barədə Modern.az saytına Danimarkada fəaliyyət göstərən Azərbaycan diasporunun -"Vətən" Cəmiyyətinin rəhbəri Səfər Sadıqlı məlumat verib.

 

O bildirib ki, mitinqdə Danimarkada fəaliyyət göstərən türk, türkman və Azərbaycan cəmiyyətləri iştirak edəcək. Mitinq Türkiyənin "Zeytun Budağı" əməliyyatını dəstəkləmək,  o cümlədən PKK terror təşkilatının  Türkiyə səfirliyi qarşısında türk bayrağını  təhqir etməsinə qarşılıq vermək məqsəsilə keçirilir:

 

“Danimarka Vətən Cəmiyyəti olaraq, Danimarkada yaşayan azərbaycanlıları  bu mitinqə dəvət edir və hər zaman türk qardaşlarımızın yanında olduğumuzu bildiririk”-deyə bildirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat