Modern.az

Türkiyədən terrorçulara növbəti zərbə

Türkiyədən terrorçulara növbəti zərbə

Dünya

17 Fevral 2018, 23:47

Türkiyə Silahlı Qüvvələri terrorçulara növbəti zərbə endirib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın şimalında yerləşən Hakurk bölgəsində polis bölmələrinə və hərbi bazalara hücum etməyə hazırlaşan terror təşkilatına havadan zərbələr endirib.

 

Məlumata görə, bombardman nəticəsində terrorçulara aid sığınacaqlar və silah anbarları məhv edilib.

 

Türkiyə Baş Qərargahı tərəfindən verilən açıqlamada əməliyyatların davam etdiyi və əməliyyata qatılan təyyarələrin təhlükəsiz bir şəkildə aviabazaya qayıtdığı bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?