“Təəssüflər olsun ki, mənim gənclik illərini tamamilə yaşamaq imkanım olmayıb”, Bunları Azərbaycan parlamentinin deputatı Qənirə Paşayeva seçildiyi Tovuz regionundan Bakıya qayıdarkən ötən həftə demişdi.
Ermənistan tərəfinin Ermənistandan Azərbaycanın Şərq hissəsinə qaçqınları və məcburi köçkünləri göndərməklə təcavüzkarlıq aktlarına başladığı zaman onun 13 yaşı var idi.
Bu qaçqınların bəziləri sığınacaq istəyərək onun evində məskunlaşmışdılar.
“Bizim hər şeyini itirmiş o şəxslərə qapılarımızı açmaqdan başqa seçimimiz yox idi”, o həmin hadisələri bu cür xatırlayır.
“Uşaq ikən mən öz əzizlərini itirmiş insanlarla böyük adam kimi davranmalıydım. Mən göz yaşları içində necə gülməyi unutdum və iztirab çəkən bu insanların kədərlərini valideynlərimlə birgə bölüşməliydim”.
Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub həkimlik arzusunu gerçəkləşdirmək istədiyi bir zaman onun həyatında başqa bir faciə baş verdi. Paytaxt Bakıda o, Sovet qoşunlarının yüzlərlə azərbaycanlının həyatına son qoyduğu “Qara Yanvar” gecəsinin şahidi oldu. Bu hadisə Sovet İttifaqının süquta uğramağa başladığı ərəfədə Azərbaycanın istiqlaliyyət uğrunda apardığı hərəkatı boğmaq məqsədi daşıyırdı. “Hər yerdə qan var idi”, - o həmin günlər haqqında bunları söylədi.
Paşayeva 18 yaşına çatdıqda ən ağır zərbəsini aldı. Ermənistan silahlı qüvvələrinin dəstəyi ilə erməni separatçı qüvvələri Dağlıq Qarabağ və ətraf ərazilərdə müharibə əməliyyatlarına başladılar və bunun nəticəsində milyona yaxın azərbaycanlı öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldı. Standartlara sığmayan insan faciəsi gənc Azərbaycan Respublikasını sarsıtdı, bu zaman ölkənin iqtisadiyyatı tamamamilə sıradan çıxmışdı. Məcburi köçkünlər boş vaqonlarda və yük maşınlarında özlərinə sığınacaq axtarır və çadırlarda məskunlaşırdılar.
“Mən özümü tamamilə köməksiz hiss edirdim. Bu, ürək ağrıdan vəziyyət idi”, - o deyir.
Paşayeva deyir ki, o, uzun müddət Tovuz rayonunda doğma kəndi olan Düz Qırıqlı kəndində keçirilən toy məclislərində və ya başqa el şənliklərində rəqs etmirmiş. Ondan bunun səbəbini soruşduqda o deyirdi: “Mən qorxurdum ki, məni rəqs edən görənlərin bəziləri ürək sarsıntısı keçirə bilər və düşünə bilərlər ki, onların qızları və oğulları da sağ olsaydı, indi onların gözləri qarşısında belə rəqs edərdilər. Ermənistanın işğalı nəticəsində mən o qədər dostlarımı itirdim ki, bu gün də onların acısını hiss edirəm”.
Paşayeva qəbul edir ki, müharibə onun həyatını təsəvvür edilməz şəkildə köklü surətdə dəyişib.
“Mən bu gün tamamilə başqa bir şəxs ola bilərdim. Əgər mən gəncliyimdə adi qız həyatı yaşasaydım, bu gün məsələlərə başqa yanaşmam ola bilərdi”, - o, təəssüf hissi ilə qeyd edir.
Xanım Paşayevanın gənclik illərində yaşadıqları onun daha güclü olmasına, hər bir şeyini itirmiş və qaçqın və məcbur köçkün həyatı yaşamağa məcbur olan 1 milyona yaxın Azərbaycan vətəndaşı üçün ədalətin bərqərar olunması uğrunda mübariz kimi yetişməsinə səbəb olmuşdu. O, həm tibb, həm də hüquq sahəsində təhsil alıb. Paşayeva karyerasında irəliləyərək, azərbaycanlıların hüquqlarını həm milli, həm də beynəlxalq aləmdə qorunmasının fəal nümayəndəsi olub. O, karyerasına reportyor kimi başlayıb, sonra redaktor olub, televiziyada çox saylı sənədli filmlərin yaradılmasında iştirak edib.
2005-ci ildə o, döğma Tovuz rayonundan müstəqil namizəd qismində Azərbaycan parlamentinə - Milli Məclisə üzv seçilib. O, Beynəlxalq münasibətlər üzrə komissiyasının, habelə Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayədə heyətinin üzvüdür. Mən onun AŞPA tribunasından Azərbaycanla bağlı etdiyi çıxışlarını dəfələrlə izləmişəm. Müzakirə mövzusunun nə olmasından asılı olmayaraq, o, hər zaman müzakirələri azərbaycanlı qaçqın və məcbur köçkün məsələləri və Ermənistan nümayəndə heyətindən Azərbaycan torpaqlarının 20%-nin qanunsuz işğalının davam etdirilməsinə son verilməsinin tələb edilməsi ilə əlaqələndirməyi bacarırdı.
Tovuz rayonun atəşkəs rejiminin fəaliyyət göstərdiyi ərazidə Paşayeva polkovnik Barxudarovun düşmən atəşinə tuş gəlməmək üçün neytral zonaya daxil olmamaq xahişinə məhəl qoymadı. O, bizi erməni snayperlərinin son illər həm mülki, həm də hərbçiləri hədəfə alaraq qətlə yetirdikləri sıfır ərazisinə apardı. Kənd sakinləri burada öz qəbiristanlıqlarını belə ziyarət edə bilmirlər, çünki Ermənistan silahlı qüvvələri onların gəldikləri yolları atəşə tuturlar. Kənd sakinləri sərhəddən bir qədər uzaq yerdə başqa qəbiristanlıq salıblar.
Biz burda olduğumuz müddətdə polkovnik Barxudarov sakinlərə mümkün atəşə hazırlıq keçirdi. Hər il təxminən bu vaxt havanın quru və çox isti keçdiyi bir zaman Ermənistan silahlı qüvvələri atəşkəs xətti boyu işğal edilmiş ərazilərdə yanğınlar törədirlər. Bu yanğınlar ətraf kəndlərin evlərinə ziyan vurur və ərazidə yerləşdirilmiş minaların partlamasına səbəb olur. “Ermənistan tərəfi burada yaşayan sakinləri təşvişə salmaqla onları öz evlərindən çıxmağa məcbur etməyə çalışırlar. Lakin bura bizim torpaqlarımızdır”, - Paşayeva qeyd edir.
Yanğınların törədilməsi Ermənistan silahlı qüvvələrinin atəşkəs xətti boyu əl atdığı yeganə taktiki vasitələrdən deyil. Yaxınlığında yerləşdiyimiz və Əlibəyli kəndi adlandırılan ərazidə Ayqün Şahmalıyeva adlı 13 yaşlı qız partlayıcı qurğu yerləşdirilmiş oyuncağın partlaması nəticəsində həyatını itirib. “İt” oyuncağına partlayıcı qurğu yerləşdirilmiş və ermənilər tərəfindən kəndin yaxınlığından axan Tovuz çayına buraxılmışdı. Bomba Aygünün 32 yaşlı anası Elnarə Şahmalıyevayanın ciddi xəsarət almasına səbəb olub.
Oxşar hadisə 1994-cü ildə baş vermiş və Ermənistan tərəfinin çaya atdığı oyuncağın partlaması nəticəsində iki azyaşlı uşaqdan biri ölmüş, digəri isə yaralanmışdı.
Bu gün də Paşayeva Ermənistanın təcavüzkarlığından əziyyət çəkmiş uşaqların hüquqlarının müdafiəsi uğrunda çalışmaqda davam edir. O deyir: “İşğal zamanı yüzlərlə uşaq öldürülüb və ya girov götürülüb. Onların çoxu azad edilməyib və onların taleyi barədə məlumat əldə etmək də mümkün deyil. On minlərlə uşaq zorakılıqla üzləşərək məcburi köçkün olmuş və qaçqın düşərgələrində məskunlaşıblar”.
O, eyni faciə və aqibətı yaşayan, özünün təsvir etdiyi kimi “itmiş uşaqlıq illərini yaşayan”, psixoloji və fiziki zorakılığa məruz qalmış uşaqları görmək istəmir.
“Artıq yetər”, - Paşayeva söyləyir və Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çıxarmaq və işğalı dayandırmağı tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə məcbur edilməli olduğunu vurğulayır.
“Bu, növbəti nəslin itmiş uşaqlıq illəri yaşamaması üçün edilməlidir”, - o deyir.
Abdullah Bozkurt
“Today zaman” qəzeti