Modern.az

Prezidentliyə namizədliyi qeydə alınanlar 4 nəfər oldu - SİYAHI  

Prezidentliyə namizədliyi qeydə alınanlar 4 nəfər oldu - SİYAHI  

7 Mart 2018, 16:38

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-nə təyin edilmiş prezident seçkilərində iştirak etmək istəyən daha 3 nəfərin namizədliyi qeydə alınıb.  
 

Modern.az-ın məlumatına görə, bununla da prezident seçkilərində namizədliyi qeydə alınan  şəxslərin sayı 4-ə çatıb.

 

Prezident seçkilərində iştirak etmək üçün namizədliyi qeydə alınan şəxslər hələ ki bunlardır:


Azərbaycan prezidenti İlham Əliyev
 - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;


Milli Məclisin deputatı Qüdrət Həsənquliyev
 - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;


Milli Məclisin deputatı Zahid Oruc
 - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;


Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir