Modern.az

Deputatlar arasındakı futbol turnirinin püşkatması keçirildi

Deputatlar arasındakı futbol turnirinin püşkatması keçirildi

Aktual

9 Mart 2018, 12:35

Bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalarıarası beynəlxalq futbol turniri” ilə bağlı püşkatma mərasimi olub.

 

Modern.az-ın məlumatına görə, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandaları qarşılaşacaq.

 

Püşkatmaya əsasən, A qrupunda Azərbaycan və Latviya, B qrupunda isə Polşa və Türkiyə qərarlaşıb. Beş komanda olduğu üçün püşkə əsasən, Ukrayna birbaşa yarımfinala vəsiqə qazanıb.

 

B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq. Bu gün saat 16:00-da Azərbaycan-Latviya oyunu ilə turnirə start veriləcək.

 

Oyunun ardınca isə Polşa və Türkiyə qarşılaşacaq.

 

Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətiili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!