Modern.az

Fuad Muradov: “Bu oyunda qalib olmaq əsas deyildi”

Fuad Muradov: “Bu oyunda qalib olmaq əsas deyildi”

9 Mart 2018, 17:41

Bakıda Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri keçirilir. Turnirin A qrupunda Azərbaycan və Latviya komandaları üz-üzə gəlib.

 

Oyun 3-0 hesabı Azərbaycan deputatlarının xeyrinə başa çatıb.

Matçdan sonra jurnalistlərə açıqlama verən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, bu oyunda qalib olmaq əsas deyildi.

“Oyun iki parlament arasında dostluq münasibətlərinin təzahrü idi. Eyni zamanda, latviyalı deputatlar Cümhuriyyətimizin 100 illik yubileyi münasibəti ilə bizi, parlamentimizi və ölkəmizdə həyata keçirilən islahatları dəstəkləməyə gəliblər. Əslində bu, bir dost yanaşması idi. Çox yaxşı oyun keçdi, əminəm ki, növbəti oyunlar da belə davam edəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir