Modern.az

Türkiyəli deputatlar polşalı həmkarlarını məğlub etdi - FOTOLAR

Türkiyəli deputatlar polşalı həmkarlarını məğlub etdi - FOTOLAR

Aktual

9 Mart 2018, 18:39

Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri başlayıb.

 

Bu gün B qrupunda qərarlaşan Polşa və Türkiyə komandaları arasında matç baş tutub. Matçda Türkiyə yığması 4:0 hesabı ilə qalib gəlib. Türkiyə yığmasında qolu matçın 52-ci dəqiqəsində Oqtay Çanak, 71-ci dəqiqəsində isə Abdullah Öztürk vurub. 

Bundan sonra Kazım Kırcı rəqibin qapısından 2 top keçirib.

Bu dəqiqələrdə polşalı deputat, 18 nömrəli oyunçu Orçuvka Türkiyəli deputatların qapısına 1 qol vurub. 

Oyunun sonunda Türkiyənin 29 nömrəli oyunçusu Tahir Ağdərə daha bir qol vurub.

Beləliklə, oyun 5:1 hesabı ilə Türkiyənin xüyrinə başa çatıb.

Türkiyə matçın qalibi kimi yarımfinalda Ukrayna ilə final uğrunda mübarizə aparacaq.   

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!