Modern.az

Türkiyə müdafiə nazirinin müavini: “Azərbaycanla işbirliyini genişləndirmək istəyirik”

Türkiyə müdafiə nazirinin müavini: “Azərbaycanla işbirliyini genişləndirmək istəyirik”

10 Mart 2018, 10:52

“Öncə onu demək istəyirəm ki, Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Biz hər zaman qardaş ölkə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanındadır. Hər iki ölkə arasında əlaqələr kifayət qədər yüksək səviyyədə qurulub”.

Bu sözləri Modern.az-a  açıqlamasında Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay deyib.

Nazir müavini bildirib ki, Azərbayacanla bir çox sahələr üzrə əməkdaşlıq edilir.

“Bunlardan  biri də müdafiə sahəsidir. Azərbayacan Müdafiə Nazirliyi ilə Türkiyə Müdafiə Nazirliyi arasında önəmli əlaqələr mövcuddur. Bildiyiniz kimi, dəfələrlə Azərbaycan və Türkiyə qoşunları birgə təlimlər keçiriblər. Hesab edirəm ki, bu? hər iki ölkənin müdafiə sahəsinə öz töhfəsini verəcək”.
 

“Azərbaycan yaxın vaxtlarda Türkiyədən hansı yeni silahlar ala bilər” sualına Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay belə cavab verib:

“Hər iki ölkənin müdafiə nazirlikləri arasında önəmli işbirlikləri var. Biz daha çox bu işbirliyini genişləndirmək istəyirik.  Hazırda söyləyəcəyim sadəcə bu qədər”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır