Modern.az

Bakıda Türkiyəli deputatlar ukraynalılarla uduzdu - YENİLƏNİB  

Bakıda Türkiyəli deputatlar ukraynalılarla uduzdu - YENİLƏNİB   

Aktual

10 Mart 2018, 13:59

Ukrayna komandası daha bir qol vurub. Türkiyə və Ukrayna deputatlarının oyunu başa çatıb. Matç 4:2 hesabı ilə ukraynalıların xeyrinə yekunlaşıb.

***

Ukrayna komandasının 5 nömrəli oyunçusu daha bir qol vurub. Türkiyə hələki Ukraynaya uduzur...

***

Türkiyənin 5 nömrəli oyunçusu Kazım Kırçı hesabı bərabərləşdirdi - 2:2. Türkiyə və Ukrayna deputatlarının oyununda əlavə vaxt davam edir.

***
Oyunun əlavə vaxtında Ukrayna komandasının 3 nömrəli oyunçusu komandasını önə çıxarıb: Türkiyə - Ukrayna - 1:2. Əlavə vaxt davam edir.

***

Türkiyə və Ukrayna deputatlarının oyununda əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxt oynanılacaq.

***

Türkiyə və Ukrayna deputatlarının qarşılaşmasında hesab bərabərləşib - 1:1. Ukraynanın 17 nömrəli oyunçusu cavab qolu vurub.

***

Bakıda Azərbaycan Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri davam edir. Yarışlarda 5 ölkə - Azərbaycan, türkiyə Ukrayna, Polşa və latviya parlamentinin komandaları mübarizə aparır.

Modern.az saytının məlumatına görə, bu saatlarda türkiyəli deputatlar ukraynalı həmkarları ilə yarımfinal qarşılaşmasına çıxıblar.

Oyunu yarıçın əsas təşkilatçılarından olan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazırı Azad Rəhimov, deputatlar Azər Badamov, Rövşən Rzayev də izləyir

Artıq matçda hesab açılıb. Türkiyə komandasının 34 nömrəli oyunçusu Ali Sarıkaya qol vuraraq komandasını hesabda önə çıxarıb.

Xatırladaq ki, dünən A qrupunda azərbaycanlı deputatlar Latviyadan olan parlamentariləri 3-0 hesabı ilə məğlub edərək, finala çıxıb.
 

Türkiyə-Ukrayna oyununun qalibi finalda Azərbaycanla qarşılaşacaq.

Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətiili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı