Modern.az

Seçkiləri izləmək üçün 21 beynəlxalq, 22 min yerli müşahidəçi qeydə alınıb  

Seçkiləri izləmək üçün 21 beynəlxalq, 22 min yerli müşahidəçi qeydə alınıb    

10 Mart 2018, 14:58

Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq müşahidəçi qeydə alınıb.

 

Modern.az-ın  məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

 

MSK sədri deyib ki, bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb.

 

M.Pənahov bildirib ki, bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçinin düşməsi deməkdir.

 

MSK sədri əlavə edib ki, indiyə qədər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi də qeydə alınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI