Modern.az

Türkiyəli parlamentari: “Azərbaycanla münasibətlər dərin köklər üzərindədir”

Türkiyəli parlamentari: “Azərbaycanla münasibətlər dərin köklər üzərindədir”

10 Mart 2018, 16:28

“Azərbaycan və Türkiyə parlamentlərarası əlaqələrdə bir çox yerlərə üzvdürlər. İstər Azərbayacan,  istərsə də Türkiyə deputatları hər hansı bir qərar qəbul etmək istəyirsə, biz buna sorğusuz - sualsız tərəfdar çıxırırq”.

Bu sözləri Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin İdman komitəsinin sədri Adəm Tatlı deyib.

O bildirib ki, Azərbaycanla Türkiyə arasında mövcud münasibətlər dərin köklər üzərində qurulub.

“Mən hesab edirəm ki,  iki ölkə arasındakı əlaqələr bundan sonra daha da güclənəcək. Azərbaycan və Turkiyə iki qardaş ölkədirlər. Türkiyə həmişə  Azərbaycanın, Azərbaycan da Türkiyənin yanında olub və bundan sonrada olacaq”.

Adəm Tatlı Milli Məclisin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirindən də danışıb.

“Əvvəlcə bizi bura dəvət etdiyinə görə, Azərbaycan Milli Məclisinə dərin təşəkkürümüzü bildiririk. Hesab edirəm ki, bu turnirdə qalib olmaq bir o qədər də əsas deyil, əsas olan tədbir iştiraçıları olan ölkələr arasında əlaqələri daha da dərinləşdirməkdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi