Modern.az

Prezidentliyə namizədliyin qeydə alınması üçün vaxt başa çatır 

Prezidentliyə namizədliyin qeydə alınması üçün vaxt başa çatır 

11 Mart 2018, 09:40

Azərbaycanda 11 aprel tarixinə təyin olunmuş növbədənkənar prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi müddəti sabah-martın 12-də başa çatır.

Modern.az xəbər verir ki, prezident seçkiləri ilə bağlı təsdiqlənmiş Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək təqdim edilməlidir. Bu müddət isə 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək dövrü əhatə edir.

Həmçinin, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti martın 12-də bitir.

Bundan əlavə martın 12-də səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti başa çatır.


Qeyd edək ki, bu günədək MSK 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar aşağıdakı şəxslərdir:

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev;

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc;

Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev;

Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev;

Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev;

"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?