Modern.az

Bakıya gələn komandalara Ermənistanın işğalçı siyasəti haqqında geniş  məlumat verilib

Bakıya gələn komandalara Ermənistanın işğalçı siyasəti haqqında geniş  məlumat verilib

Aktual

11 Mart 2018, 13:48

Bu gün Bakıda Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunmuş   keçirilib.

“İnter Arena”da keçirilən final olununda Azərbaycan və Ukrayna parlamentlərinin komandaları üz-üzə gəlir. Oyun saat 12.00-da başlayıb. 

Komandamız rəqibini 2:1 hesabı ilə məğlub edib.

 

Modern.az saytının məlumatına görə, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov oyunla bağlı təəssüratlarını bölüşüb.

 

Deputat deyib ki, Azərbaycan komandasını dəstəkləyən nazirliklərə, qurumlara təşəkkür edir.

 

“Bu turnir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdu. Cənab Prezident xüsusi olaraq bu il müxtəlif tədbirlər planı təsdiqləmişdi. Bugünkü tədbir də, gənclərin sağlamlığının, Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin çox vacib hissəsi idi. Oyun barədə isə onu deyə bilərəm ki, çox ağır keçdi”.

 

Komitə sədri xatırladıb ki, Azərbaycan komandası iki il öncə Ukrayna komandası ilə oynayıb.

 

“Bilirsiniz ki, iqtisadiyyat naziri Şahin Mustafayev də oyuna qatılmışdı. Bu, bir yarışdır, mütləq deyildi ki, biz qələbə çalaq. Ancaq yaxşı oldu ki, oyun qələbə ilə bitdi. Qələbə qazanmağımızda mətbuatın da dəstəyi oldu. Gördünüz ki, tribunada nə qədər bizi dəstəkləyən var idi. Mənə elə gəlir ki, bizim hamımızın bir yerdə olması çox yaxşı oldu. Ən əsası, bura gələn, hər bir milli komandaya Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçılıq siyasəti haqqında geniş məlumat verildi. Bu turnir, gənclərimiz, sağlamlığımız, ərazi bütövlüyümüzün təbliği üçün çox əhəmiyyətli idi”.

 

F.Muradov öz oyunundan da danışıb.

 

“Gördünüz ki, topun biri qapı dirəyinə dəydi. Digər vurduğum zərbə isə hardasa  iki santimetr qapının kənarından keçdi. Mən hər oyunda demək olar ki, qol vururam. Amma bu dəfə alınmadı. Əsas odur ki, komandamız yaxşı oynadı, qələbə qazandıq. Gənclər və idman nazirimiz, Milli Məclisin sədri, Oqtay Əsədov oyunu izləməyə gəldi. Bunlar hamısı onu göstərir ki, tədbir maraqlı olub”.

 

Azərbaycan Milli Məclisinin komdası Ukrayna parlamentinin komandası qarşısına aşağıdakı heyətlə çıxıb:

 

Fuad Muradov (kapitan – Milli Məclisin Gənclər və İdman komitəsinin sədri), Elşad Həsənov (deputat), Ülvi Quliyev (deputat), Kamran Nəbizadə (deputat), Tahir Mirkişili (deputat), Mahir Abbaszadə (deputat), Fazil Mustafa (deputat), Azər Badamov (deputat), Emin İmanov (Milli Məclis Aparatının işçisi), Adil Vəliyev (Milli Məclis Aparatının işçisi).


Xatırladaq ki, Azərbaycan komandası Latviyanı 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Ukrayna deputatları isə türkiyəli həmkarlarını 4:2 hesabı ilə məğlub ediblər. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!